Mahir Emreli "Nürnberq"də ardıcıl 2-ci qolunu vurub

Millimizin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın "Nürnberq" klubunda ardıcıl 2-ci qolunu vurub.

Presssport.az xəbər verir ki, qarşılaşma II Bundesliqanın X turuna təsadüf edib.

Doğma meydanda “Reqensburq”i qəbul edən “Nürnberq” 8:3 hesablı qələbə qazanıb. 27 yaşlı hücumçumuz 23-cü dəqiqədə qol vuraraq hesabı 2:0 edib. 

Emreli start heyətdə meydana çıxaraq 69-cu dəqiqədə əvəzlənib. 

Xatırladaq ki, Mahir komandasının heyətində ilk qolunu ötən həftə "Qroyter Fyurt"la matçda vurmuşdu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC