Millimizin futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" bu gün Türkiyə kubokunda 1/8 final oyununa çıxıb.
Presssport.az xəbər verir ki, “Başakşehir”lə səfər matçının əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib.
Burda daha dəqiq olan meydan sahibləri 3:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.
Renat start heyətdə meydana daxil olub və 90-cı dəqiqədə əvəzlənib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC