Bu gün Asiya Kuboku-2024-də 2-ci finalçı müəyyənləşib.
QOL.az xəbər verir ki, yarımfinalda Qətərlə İranla qarşılaşıb və birincilər 3:2 hesabı ilə qalib gələrək finala yüksəlib.
Bununla da iranlıların yenidən bu turnirin qalibi olmaq həsrəti 50 ilədək sürəcək. Belə ki, qonşu ölkənin millisi sonuncu dəfə 1976-cı ildə, yəni şahın dövründə bu sevinci yaşayıb. Bu dəfə İran 90+13-cü dəqiqədə məğlubiyyətdən xilas olmağa çox yaxın olsa da, dirəkdən dönən top buna imkan verməyib.
Beləliklə, Asiya Kubokunun finalında Qətərlə İordaniya qarşılaşacaq. Həmin görüş fevralın 10-u keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC