"Qarabağ" Avropada gerilədi

Çempionlar Liqasının, Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərinin bu həftə keçirilən matçlarından sonra UEFA klub reytinqi yenilənib.

Pressssport.az xəbər verir ki, Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi "Qarabağ" əvvəlki reytinqlə müqayisədə 1 pillə geriləyib. Qurban Qurbanovun komandası klub reytinqində ilk “100”lükdə yer alan yeganə Azərbaycan klubudu.

Ağdam təmsilçisi UEFA reytinqində “Ferentsvaroş”la 58-ci pilləni bölüşür. Hər iki komandanın hesabında 32,000 xal var. Sıralamaya 130 xalla "Mançester Siti" liderlik edir.

Xatırladaq ki, “Qarabağ” Avroliqanın III turu çərçivəsində Bakıda "Ayaks"la qarşılaşıb. 9 nəfərlə qalan Ağdam təmsilçisi 0:3 hesabı ilə uduzub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC