Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti Cavid Qurbanov Şimali Makedoniyanın paytaxtı Skopyedə Avropa Atletikasının Konvensiyasında iştirak edir.
Presssport.az xəbər verir ki, tədbirdə federasiya rəhbəri ilə yanaşı, baş katib Məhərrəm Sultanzadə, beynəlxalq əlaqələr və inkişaf şöbəsinin müdiri Kənan Məhərrəmov və mütəxəssis Brendon İsakov da yer alır.
Tədbirin ilk günündə işçi qrupların görüşləri keçirilib və müxtəlif aktual mövzularda müzakirələr aparılıb. Bu gün isə üzv federasiyaların rəhbərlərinin forumu baş tutub. Burada il ərzində görülən işlər barədə hesabatlar dinlənilib, həmçinin Avropa Atletikasının gələcək hədəfləri haqda fikir mübadiləsi aparılıb.
Onu da bildirək ki, yığıncağa ilin ən yaxşı Avropa atletlərinin təltif olunacağı “Golden Tracks” mükafatlandırma mərasimi ilə yekun vurulacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC