"İstəyirəm ki, hər zaman bugünkü oyunun ilk periodlarındakı kimi çıxış edək" - "Ordu"nun "sərkərdə"si

“Səhvlərin üzərində çox dayanan məşqçiyəm və onların tez bir zamanda aradan qaldırılmasını istəyirəm”.

Presssport.az xəbər verir ki, bunu "Ordu" basketbol klubunun baş məşqçisi Alberto Blanko "Şəki"yə qarşı Azərbaycan Basketbol Liqasının II turunun görüşündən sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

İspaniyalı mütəxəssis yaxşı oyun sərgilədiklərini söyləyib:

“Birinci hissəni çox yaxşı oynadıq. İkinci periodda da işlər pis getmirdi. Yalnız 3-cü hissə xoşuma gəlmədi. Çünki ilk 2 hissədəki kimi oynaya bilmədik. Bəzi məqamlarda rəqibdən geri qalırdıq. İstəyirəm ki, hər zaman bugünkü oyunun ilk periodlarındakı kimi çıxış edək. Bütün diqqətimizi öz inkişafımıza yönəltməliyik".

Xatırladaq ki, "Ordu" - "Şəki" qarşılaşması birincilərin 104:84 hesablı qələbəsi ilə yekunlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC