UEFA “Qarabağ”ın avrokubok oyunlarını idarə etmiş polşalı baş hakim Bartoş Frankovskini 2025-ci ilə qədər diskvalifikasiya edib.
Presssport.az xəbər verir ki, buna referinin digər həmkarı Tomaş Musialla birgə içkili halda yol nişanlarına zərər yetirməklə qeyri-etik davranışları səbəb olub.
Onlar cari mövsümün əvvəlində Çempionlar Liqasının III təsnifat mərhələsinin “Reyncers” (Şotlandiya) – “Dinamo” (Kiyev, Ukrayna) oyununa VAR hakimləri kimi təyinat alıb. Lakin etdikləri hərəkətlərə görə başqa hakimlərlə əvəzlənib.
Hər iki ədalət qoruyucusu nizam-intizam qaydalarını pozduqlarına görə UEFA tərəfindən 2025-ci ilin iyununadək hakimlikdən uzaqlaşdırılıb.
Xatırladaq ki, Frankovski 2019-cu ildə “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsinin “Dandolk” (İrlandiya) və 2022-ci ildə Fransanın "Marsel" klubuna qarşı Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasının baş hakimi olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC