“Barselona”nın futbolçusu Lamin Yamal rekorda imza atıb.
Presssport.az xəbər verir ki, ispaniyalı sağ cinah yarımmüdafiəçisi buna La Liqanın XI turunda “Real”a qalib gəldikləri matçda fərqlənməklə nail olub.
Belə ki, Yamal “El Klasiko”da qol vuran ən gənc futbolçu olub. O, bunu 17 yaş 106 günündə bacarıb.
Xatırladaq ki, Madriddəki qarşılaşma “Barselona”nın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC