5 cəzalı - "köhnə"lər, vərəqə limitini aşan və "qırmızı"nın əziyyətini çəkən

Bu gün startı veriləcək Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçlarında 5 cəzalı var.

Presssport.az xəbər verir ki, bunlardan 3-ü hələ əvvəldən belə problemi olan qeyri-futbolçulardı.

Söhbət “Zirə”nin məşqçiləri Eltun Yaqubluyla Vüqar Məmməd və “Neftçi”nin tərcüməçisi Vüqar ƏIiyevdən gedir. “Zirə”lilər “Səbail”lə öz meydanlarındakı görüşü də tribunadan izləməli olacaq. Əliyev isə "Sumqayıt"la “Neftçi Arena”dakı qarşılaşmada ehtiyat oyunçular skamyasında olmayacaq. 

Digər 2 cəzalı isə cənubi amerikalı futbolçulardı. Belə ki, “Qəbələ"nin braziliyalı müdafiəçisi Lukas Afriko ”Araz-Naxçıvan"la ilk 1/4 final matçında aldığı qırmızı vərəqəyə görə cəzalıdı. “Neftçi”nin paraqvaylı yarımmüdafiəçisi Dieqo Valdez isə sarı vərəqə limitini aşıb. Bu yerdə bildirək ki, kubokda passivində 2 “sarı” olmaq vərəqə limitini aşmaq deməkdi. Valdez “Sumqayıt”la, Afriko “Araz-Naxçıvan”la evdəki görüşü kənardan izləyəcək.

1/4 final mərhələsində yalnız "Qarabağ" - “Sabah” duelində cəzalı yoxdu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC