Azərbaycanın 4 yunan-Roma güləşçisi bu gün Albaniyanın paytaxtı Tiranada start götürəcək dünya çempionatında mübarizə aparacaq.
Presssport.az xəbər verir ki, 3 qat dünya çempionu Eldəniz Əzizli (55 kq) 1/8 finalda Almaniya təmsilçisi Bayram Sina ilə üz-üzə gələcək.
Nihat Məmmədli (63 kq) təsnifat mərhələsində İldar Hafizovla (ABŞ) güləşəcək.
Ülvü Qənizadə (72 kq) 1/8 finalda Otar Abuladze (Gürcüstan) - Dariuş Atilla Vitek (Macarıstan) cütünün qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.
Nəhayət, Qurban Qurbanov (82 kq) təsnifat mərhələsində Kevin Kupi (Albaniya) ilə qarşılaşacaq.
Xatırladaq ki, dünya çempionatı oktyabrın 31-də başa çatacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC