"Samir Abasov “Neftçi”də hər şeyi dəyişib, sanki komandaya yeni enerji gətirib" - Kilian Lebon

“Neftçi”nin yarımmüdafiəçisi Kilian Lebon müsahibə verib.

Presssport.az həmin müsahibəni təqdim edir: 

- “Sabah”la səfərdə qolsuz bərabərə qaldınız. Qazanılan 1 xalı necə şərh edərdiniz?

- Çətin oyun oldu. Rəqib yaxşı komandadır. Məncə, biz ilk hissədə yaxşı oynadıq, oyunda dominantlıq edən tərəf idik. Təəssüf ki, son nöqtəni qoya bilmirdik. Bu, bizim problemimiz idi. İkinci hissədə isə rəqib bizdən üstün oynadı. Buna baxmayaraq, sona qədər qapımızın toxunulmazlığını qoruya bildik.

- Nəticəni ədalətli hesab etmək olar?

- Məncə, nəticə ədalətlidir. Dediyim kimi, ilk hissədə biz, fasilədən sonra isə rəqib üstün futbol sərgilədi.

- Niyə keçən oyundakı “Neftçi”ni meydanda görə bilmədik?

- Məncə, ilk hissədə gördük. Birinci 45 dəqiqədəki çıxışımız “Səbail”ə qarşı sərgilədiyimiz futbolun təkrarı idi. Bu, bizə gələcək üçün ümid verir. Lakin ikinci hissədə niyə bir qədər zəif oynadığımızın səbəbini bilmirəm.

- Bəlkə bu, fiziki cəhətdən zəif olmağınızdan irəli gəlir?

- Ola bilər. Həqiqətən də ikinci hissədə yorğun idik. Məşqlərdə daha çox çalışmalıyıq ki, növbəti oyunlarda bundan da yaxşı futbol sərgiləyək.

- Samir Abasovun gəlişi “Neftçi”də nəyi dəyişib?

- Onun nə dəyişdiyi artıq ilk oyundan göründü. Həqiqətən də “Səbail”ə qarşı çox yaxşı oynadıq. Qısaca onu deyə bilərəm ki, Samir Abasov “Neftçi”də hər şeyi dəyişib. Sanki komandaya yeni enerji gətirib.

- Qarşıda “Neftçi”ni ardıcıl 4 ev oyunu gözləyir. Bu matçlarda qazanılacaq neçə xal sizi qane edəcək?

- İndiki məqamda hər xalı qazanmaq istərdik. Çünki buna ehtiyacımız var. Lakin indiki məqamda deyə bilmərəm ki, 4 oyunun hamısını udacağıq. Onu deyə bilərəm ki, hər matçda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik (futbolxeber.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC