Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos"un yeni transferi sıradan çıxıb.
Presssport.az xəbər verir ki, Yunanıstan çempionatının IZ turunun "Asteras"la görüşündə meydana sonradan daxil olan Yusuf Yazıcı zədələnib.
Türkiyə millisinin üzvünün sol ön çarpaz bağlarının qopduğu bildirilir. Onun bu ağır zədə səbəbindən mövsümü indidən başa vurduğu açıqlanıb.
Belə olan halda, Yazıcının "Olimpiakos" - "Qarabağ" görüşündə də meydana çıxmayacağı indidən Pireydəki matç 2025-ci il yanvarın 30-da baş tutacaq.
Onu da bildirək ki, Yusuf “Trabzonspor”, “Lill”, MOİK (Moskva) klublarında oynadıqdan sonra bu yay “Olimpiakos”la anlaşmışdı. 27 yaşlı cinah yarımmüdafiəçisi 2027-ci il iyunun 30-na qədər Yunanıstan klubuna məxsusdu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC