Bu gün “France Football” nəşri tərəfindən hər ilin ən yaxşı oyunçusuna verilən “Qızıl top” mükafatının qalibi bəlli olacaq.
Presssport.az xəbər verir ki, mükafatın təqdimetmə mərasimi Parisdəki “Şatle” teatrında keçiriləcək. Tədbir Bakı vaxtilə saat 23:45-də başlayacaq.
"Qızıl top"a namizədlərin siyahısı - Ronaldo və Messi yoxdu. Bu, son 21 ildə ilk belə haldı.
2024-cü il "Qızıl top" mükafatına əsas namizəd "Real"dan millisinin də üzvü olan braziliyal sol cinah yarımmüdafiəçisi Vinisius Juniordu.
“Qızıl top”un son qalibi isə Lionel Messidi. O, həmçinin tarixdə ən çox bu mükafatı qazanan oyunçudu (8 dəfə).
“Qızıl top”a namizədlərin siyahısı aşağıdakı kimidi:
Cud Bellinqem, Kilian Mbappe, Vinisius Junior, Toni Kroos (karyerasını bitirib), Antonio Rüdiger, Federiko Valverde, Daniel Karvaxal (hamısı “Real”), Ruben Diaş, Erlinq Haaland, Fil Foden, Rodri (hamısı “Mançester Siti”) , Emiliano Martines (“Aston Villa”), Niko Uilyams (“Atletik”), Qranit Caka, Florian Virts, Aleks Qrimaldo (hamısı “Bayer”), Artem Dovbik (”Roma”), Mats Hummels (”Roma”), Dani Olmo (”Barselona”), Lamin Yamal (“Barselona”), Harri Keyn (“Bavariya”), Vitinya (PSJ), Koul Palmer (“Çelsi”), Bukayo Saka, Martin Edeqor, Vilyam Saliba, Deklan Rays (hamısı “Arsenal”), Hakan Çalhanoğlu, Lautaro Martines (hər ikisi “İnter”), Ademola Lokman (“Atalanta”).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC