Bosniyalılar millimizlə oyunlar üçün heyəti açıqlayıb

Futzal üzrə Bosniya və Herseqovina millisinin Azərbaycan yığmasına qarşı keçirəcəyi yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb.

Presssport.az xəbər verir ki, baş məşqçi Qoran Melher toplanışa 18 futzalçı dəvət edib: 

Darko Milanoviç, Seyad İbrişimoviç, Samir Qosto, Edvin Bosniç (hamısı "Bubamara"), Davor Arnautoviç, Adnan Kalaydiç, Draqan Edi Mariç, Bilal Yeliç, Mario Aladziç, Amir Baruçij (hamısı "Mostar"), Yosip Sesar, Yosip Başkoviç, Senad Poraçanin (hamısı "Vrqoraç", Xorvatiya), Muanis Duvnyak, Faruk Brkaniç (hər ikisi "Sarayevo"), Deyan Pavloviç (Brod), Srcan İvankoviç ("Torpedo", Rusiya), Amer Deliç ("Sloqa Qornyi Vakuf"/"Uskoplye").

Bosniyalılar noyabrın 2-də oyunların keçiriləcəyi Zenitsa şəhərində toplaşacaq. Oyunlar həmin şəhərdə yerləşən Huseyn Smayloviç adına arenada noyabrın 4-ü və 5-də yerli vaxtla saat 19:00-da start götürəcək. 

Xatırladaq ki, millimiz səfərə noyabrın 3-də çıxacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC