Vüqar Əsgərli möhtəşəm qoldan və Aftandil Hacıyevin qapıçı oğlundan danışdı: "Qrupdan çıxmaq istəyirik"

"Belə turnirlərin olması bizim, uşaqların inkişafı üçün çox vacibdi. Bizə tanış olmayan rəqiblə oynadıq, oyun planında ciddi dəyişiklik etmədik. Çempionatımızda olduğu kimi, öz oyun sistemimizlə oynadıq və sevindirici haldır ki, qələbə qazandıq". 

Bu sözləri Presssport.az-a açıqlamasında "Qarabağ"ın U-15 komandasının baş məşqçisi Vüqar Əsgərli deyib.

Belarusun paytaxtı Minskdə keçirikən beynəlxalq turnirdə startda Rusiya "Zvezda"sını 2:0 hesabıyla məğlub etdikləri matçı şərh edən PRO kateqoriyalı mütəxəssis rus şərhçinin “əla qol” adlandırdığı ilk qollarına toxunub: “Həqiqətən möhtəşəm alındı, daha çox fərdi keyfiyyət deyərdim. Qapıçımızın 1:0-da penalti qaytarmağı komandanı daha inamlı etdi. Bu, həm də qapıçının gələcək karyerası üçün də önəmli idi”.

Yeri gəlmişkən, Əsgərlinin bəhs etdiyi qapıçı Bilal Hacıyev “Qarabağ”ın futbol akademiyasının koordinatoru Aftandil Hacıyevin oğludu. Əsgərli onun gələcək perspektivini belə dəyərləndirib: "Bilalın üstünlükləri çoxdu - hündürboydu, hər 2 ayağıyla oynaya bilir, soyuqqanlıdı. Gələcəkdə əsas komandamıza, A milliyə qədər də gedə bilər. Özü də Hacıyev 2010-ci il təvəllüdlüdü. Komandamız əsasən 2009-cu təvəllüdlüdü. 3 futbolmu var ki, 2010-cu ildi. Onlardan bir də Bilaldı, əsas heyətdə oynayır".

40 yaşlı mütəxəssis bugünkü 2 matçdan gözləntilərini də açıqlayıb: “Çalışacağıq ki, yaxşı oyun göstərək. Hər 2 matçda maksimum nəticə qazanıb, qrupdan çıxmaq istəyirik. Dediyim kimi, bizim üçün böyük təcrübədi ki, futbolçularımız belə tempdə, belə şəraitdə oynayırlar. Düzdür, qısa müddətdə 2 oyuna çıxmaq çətin olur. Amma məcburuq oynamağa”.

 

 

 

 

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC