Rüstəm Əhmədzadə bəxtdən gileyləndi: "Çempionatda heç bir komandanı asanlıqla udmaq olmur"

“Bəxtimiz gətirmədi. Oyun bərabər səviyyədə keçirdi. Qapılar qarşısında real qol epizodları yox idi. Biz şansımızı yaxaladıq və fərqləndik. Hər şey qələbəyə doğru gedirdi. Sadəcə bəxtsizliklə üzləşdik və rəqib penalti ilə heç-heçəyə nail oldu”.

Presssport.az xəbər verir ki, bu sözləri “Zirə”nin hücumçusu Rüstəm Əhmədzadə Misli Premyer Liqasının 11-ci turunda “Araz-Naxçıvan”la bərabərə (1:1) qaldıqları oyun barədə danışarkən deyib.

O, hesabda öndə olarkən ikinci qolu vurmadıqları üçün təəssüflənib: “Rəqib heç nədən penalti qazandı. Halbuki “Araz-Naxçıvan”ın real qol epizodu yox idi. Biz ikinci qolu vura bilərdik. Təəssüf ki, bunu bacarmadıq. Halbuki hesabı 2:0 etsəydik, sonda daha rahat oynayardıq”.

“Araz-Naxçıvan”ın ikinci hissədə üstün oynadığını nəzərə alsaq, heç-heçəni ədalətli nəticə saymaq olar?” sualını R.Əhmədzadə belə cavablandırıb: “Dəqiq nəsə demək üçün oyunun təkrarına baxmaq lazımdır. Məncə, biz qələbəyə daha layiq idik. Hansısa komandanın aşkar üstünlüyü olduğunu düşünmürəm. Meydanda daha çox mübarizə gedirdi və qapılar qarşısında real qol epizodları çox az idi”.

24 yaşlı futbolçu növbəti turda qarşılaşacaqları “Şamaxı” ilə matçdan da söz açıb: “Çoxları hesab edir ki, “Şamaxı” autsayderdir. Lakin ilk dövrədə bizi öz meydanımızda məğlub ediblər. Ümumiyyətlə, çempionatda heç bir komandanı asanlıqla udmaq olmur. Qələbə qazanmaq üçün mütləq bütün gücünü meydanda qoymalısan” (qol.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC