Bu gün start götürən Azərbaycan Kubokunun II təsnifat mərhələsində 5 cəzalı var.
Presssport.az xəbər verir ki, onlar arasında tək məşqçi olan Cavid Hüseynov bu yay keçdiyi “Turan Tovuz”un məşqçisi kimi hələ xeyli müddət adıçəkilən turnirin iştirakçısı ola bilməyəcək.
Məsələ ondadı ki, 36 yaşlı mütəxəssis hələ 2022/23 mövsümündə “Şamaxı”nı çalışdırarkən 22.11.22-ci il tarixdə məhz “Tovuz Turan”la 1/8 final oyununda matç başa çatdıqdan sonra birbaşa qırmızı vərəqə almağın ardından hakimin qərarına kəskin etiraz edərək ona əl-qol atdığına görə AFFA İntizam Komitəsi tərəfindən kubok oyunlarından 6 oyun kənarlaşdırılıb, klub 4800 manat cərimə edilib.
"Şamaxı" həmin ev matçında mübarizəni dayandırıb və Hüseynov növbəti mövsümdə II Liqa təmsilçisi “Cəbrayıl”ın çalışdırıcısı kimi 1 oyunluq cəzası gedib. Çünki komandası startda MOİK-ə 0:4 uduzaraq mübarizəni dayandırmışdı. Göründüyü kimi, Hüseynovun hələ 5 oyunluq cəzası qalıb və onun baş məşqçi Kurban Berdıyevin yanında “texniki zona”da olması üçün tovuzlular yarımfinaladək irəliləməlidi. Hələliksə “Turan Tovuz” startda "Hypers Guba"nı qəbul edəcək.
Digər cəzalılar isə futbolçular - I Liqada top qovanlardı. Belə ki, Bəhruz Teymurov (”Karvan") "Qaradağ Lökbatan"la, Seymur Rəhimov ("Difai") “Şəfa”yla səfər görüşündə iştirak etməyəcək. “Mingəçevir” - "Zaqatala" duelində hər komandadan 1 oyunçu - müvafiq olaraq Roini İsmayılovla Elmin Bayramov cəzalıdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC