Azərbaycan millisinin baş məşqçisi Fernando Santuş Bakını tərk edib.
Presssport.az-ın Tovuza ezam olunmuş əməkdaşı xəbər verir ki, 70 yaşlı portuqaliyalı mütəxəssis Qərb derbisinin keçirildiyi Tovuz şəhər stadionundadı.
Əslində, Santuş Bakıdan ilk olaraq Qəbələyə yollanıb. Məqsəd millinin noyabrın 16-da Estoniya yığmaısyla qarşılaşacağı Qəbələ şəhər stadionundakı vəziyyətlə yerində tanışlıq olub.
Ordan birbaşa Tovuza səfər edən təcrübəli mütəxəssis Misli Premyer Liqansıın 11-ci turu çərçivəsində hazırda keçirilən “Turan Tovuz” - “Kəpəz” görüşünü canlı izləyir.
Santuş sabah Tovuzdan Gəncəyə yola düşərək orda yeni istifadəyə verilmiş Futbol Akademiyası ilə yaxından tanış olacaq.
Onu da bildirək ki, səfər zamanı baş məşqçini AFFA-nın İcraçı vitse-prezidenti Sərxan Hacıyev, onun müşaviri Orxan Əhmədov və mətbuat katibi Elnur Məmmədli, yığmanın direktoru İlqar Qurbanov müşayiət edir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC