Daha 3 boksçumuz 1/4 finalda - dünya birinciliyində növbəti rəqiblərdən biri ermənidi

Azərbaycanın daha 3 boksçusu Monteneqronun Budva şəhərində davam edən dünya birinciliyində 1/4 finala yüksəlib.

Presssport.az xəbər verir ki, 57 kq-da mübarizə aparan Tağı Nəsibov Matas Qriqorianasla (Litva) qarşılaşmadan qalib ayrılıb. O, döyüşün taleyini ilk raundda həll edib və tam üstünlüklə qələbə qazanıb. Nəsibov 1/4 finalda Erik Arstamyanla (Ermənistan) üz-üzə gələcək. 

Məhəmmədəli Qasımzadə (60 kq) Meksikanı təmsil edən Armin Santos Mancillanı üstələyib - 4:1 (29:28, 30:27, 29:28, 29:28, 28:29). O, yarımfinala gedən yolda Sandro Spica (Fransa) ilə qüvvəsini sınayacaq.

Aynur Mikayılova (57 kq) isə Qabriela Ciorobadan (Rumıniya) güclü olub. O, rəqibini 2-ci raundda tam üstünlüklə məğlub edib. Mikayılova növbəti görüşünü Reka Varqa Saraya (Macarıstan) qarşı keçirəcək.

Bununla da dünya birinciliyində 1/4 finala yüksələn boksçularımızın sayı 7-yə çatıb. 

Xatırladaq ki, bir gün öncə öncə Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Ömər Aslanlı (54 kq) və Əli Abdullayev də ən güclü 8 boksçu sırasına yüksəlib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC