“Mançester Siti”nin futbolçusu Rodri “Qızıl top”u qazanmasından danışıb.
Presssport.az xəbər verir ki, 28 yaşlı ispaniyalı yarımmüdafiəçi "Mançester Siti" dünyanın ən yaxşı klubu adlandırıb: "Bütün kluba "çox sağ ol" deyirəm. Çox xüsusisiniz. Bilirəm ki, "Mançester Siti"siz heç nə edə bilməzdim. “Qızıl top”un sahibi olmaq gerçəkləşən arzudu, əsl şərəfdi”.
Rodri "Real"ın Parisdəki mərasimə gəlməməsi haqda da danışıb: "Real" özü qərar verib. Onlar öz səbəblərinə görə burada olmaq istəməyib. Bunu başa düşürəm və sadəcə, komandama, komanda yoldaşlarıma və qələbəmə sevinən insanlara fikir verirəm. Bu qədər".
Xatırladaq ki, Rodri mükafat üçün səsvermədə "Real"ın və Braziliya yığmasının hücumçusu Vinisius Junioru qabaqlayıb. 3-cü yeri isə "Real"dan Cud Bellinqem tutub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC