Türkiyədə universitetdə oxuyan, II Liqada oynayan Ümid ümidlidi: "Futbol və təhsil bir-birinə maneçilik törətmir"

“Əlbəttə ki, ”Şamaxı"nı hazırkı performansı yüksək səviyyədədi. Gərgin mübarizə gedəcək. Çalışacağıq ki, əlimizdən gələnin ən yaxşısını edək".

Bu fikirləri Presssport.az-a açıqlamasında “Şəmkir”in futbolçusu Ümid Nağdalıyev deyib.

Azərbaycan Kubokunun ilk təsnifat mərhələsində “Sheky City”ni səfərdə məğlub etməklə keçən şəmkirliləri bu dəfə daha çətin sınaq gözləyir. Belə ki, rəqib Misli Premyer Liqa təmsilçisi “Şamaxı”dı. Ümid bugünkü səfər matçında uğurlu nəticəyə ümidlidi: “Biz də bu oyuna köklənmişik ki, həm klub, həm də futbolçu olaraq özümüzü yaxşı tərəfdən göstərməyə çalışaq. Təbii ki, burda reallıqlar var - büdcə və digər məsələlər. Premyer Liqa klubunun II Liqa təmsilçisindən futbol çərçivəsində nələrdəsə üstüünlükləri ola bilər. Buna rəğmən, liqasından asılı olmayaraq, kubokda da mərhələ keçənlər var. İnşallah, bunu həyata keçirməyə çalışacağıq və əlimizdən gələni edəcəyik”.

Nağdalıyevin fikrincə, çıxış etdiyi II Liqa əsas üstünlüklərindən biri azarkeşlərin və regionlarda futbolun inkişafına yönələn bir liqadı: “Əlbəttə ki, II Liqa peşəkar və yarı peşəkar getdiyinə görə 1-ci ilinə nisbətən 2-ci ilində də daha da peşəkarlaşır. Bu liqada oynadığım üçün sevinirəm. İnşallah, burda yox, daha üst liqalarda oynamaq qismət olar. İstərəm ki, ”Şəmkir" gələn mövsüm I Liqaya çıxsın və orda forma geyinmək mənim üçün daha xoş olar. Əlbəttə ki, burda tək mən yox, digər futbolçularımız da özümüzü yaxşı tərəfdən Premyer Liqa təmsilçilərinə göstərməyə çalışır. Hazırkı liqamızda da təbii ki, çalışdığımı qədər həm komanda, həm də futbolçu olaraq diqqəti cəlb etməyə çalışaacğıq". 

21 yaşlı dayaq yarımmüdafiəçisi hesab edir ki, təkliflər, qış fasiləsində klubunu dəyişməsi haqda danışmaq çox tezdi: "Transfer pəncərəsi"nin açılmağına hələ 2 ay var. Bu müddət ərzində necə olacağını gələcək göstərəcək. Burda hədəfim futbolçu kimi “Şəmkir”ə maksimum dərəcədə kömək edim. İlkin məqsədim budu".

Həmsöhbətimiz eyni zamanda təhsilinə xüsusi diqqət yetirir. Belə ki, Ümid ali təhsil alır və özü də bunu xaricdə, daha dəqiq desək, qardaş ölkə Türkiyədə edir: “Kütahya şəhərində Kütahya Dumlupınar Universitetində iqtisadiyyat fakültəsinin 4-cü kur tələbəsiyəm. Magistr təhsili almağı fikirləşmirəm. Futbol və təhsil bir-birinə maneçilik törətmir. Təhsilimi bitirdikdən sonra da futbolçu karyeramı davam etdirmək istəyirəm”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC