AFFA İntizam Komitəsi Misli Premyer Liqasında çıxış edən 4 klubu cərimələyib.
Presssport.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "Turan Tovuz" XI turda "Kəpəz"ə qalib gəldiyi (2:1) matçda 5 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.
Gəncə klubu da eyni sayda oyunçusu vərəqə gördüyünə görə həmin məbləğdə xərcə düşüb.
Qurum "sarı-göylər"ə əlavə olaraq 500 manat cərimə də kəsib. Buna Dioqo Verdaskanın 2-ci sarı vərəqənı alaraq meydandan qovulması səbəb olub. Futbolçuya 1 oyunluq cəza tətbiq edilib.
"Səbail" və "Sumqayıt" da 700 manat cərimələnib. Buna səbəb odur ki, "gənclik şəhəri" təmsilçisinin qələbə qazandığı (1:0) görüşdə hər 2 komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC