"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsində 2 oyunu "İctimai Televiziya"da canlı yayımlanacaq.
Pressssport.az xəbər verir ki, bu barədə adıçəkilən telekanalın rəsmi “Facebook” səhifəsi məlumat yayıb: "İTV noyabrın 7-də Norveçdə "Bodo Qlimt"lə və gələn il yanvarın 31-də Yunanıstanda "Olimpiakos"la keçiriləcək səfər matçlarını birbaşa nümayiş etdirəcək".
İTV-nin İdman Departamentinin rəhbəri Kənan Hakimov saytımıza açıqlamasında məsələylə bağlı danışıb: "Əvvəlcədən müqavilədə belə razılaşıdırılıb ki, 2 səfər matçı İTV-də nümayiş olunacaq. Biz də "CBC Sport" telekanalı ilə qarşılıqlı razılığa əsasən bu iki oyunu seçmişik".
Maraqlıdı, şərh yerindən, yoxsa studiyadan olacaq? Hakimovu dinləyək: “Norveçdəki oyunun Bakıdan şərh olunacağı dəqiqdi. Yunanıstanlı qarşılaşmda haqda isə indidən bir şey deyə bilmərəm”.
Xatırladaq ki, "Qarabağ"ın digər avrokubok oyunlarının yayım hüququ "CBC Sport"a məxsusdu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC