“Neftçi”nin almaniyalı müdafiəçisi Robert Bauer müsahibə verib.
Presssport.az həmin müsahibəni təqdim edir:
- İlk hissədə istədiyimiz kimi futbol sərgilədik. Lakin fasilədən sonrakı çıxışımızdan heç cür razı qala bilmərik. Yalnız müdafiə olunurduq. Bu matç da göstərdi ki, daha çox çalışmalı, yeni baş məşqçimizin oyun fəlsəfəsinə daha tez uyğunlaşmalıyıq.
- Ardıcıl ikinci qələbəni qazanmaq üçün nə çatışmadı?
- İkinci hissədə demək olar ki, yalnız müdafiə olunurduq. Hücuma çox nadir hallarda çıxırdıq. Halbuki c.
- Penalti epizodunu necə şərh edərdiniz?
- Bir gün əvvəl “Araz-Naxçıvan” - “Zirə” oyununda da oxşar epizodda penalti təyin edilmişdi. Düzdür, kənardan baxanda penaltiyə oxşayır. Lakin həmin epizodda yanımda heç kim yox idi. Top anidən havaya qalxdı və əlimə toxundu. Çox şükür ki, rəqib zərbəni dəqiq yerinə yetirə bilmədi.
- Qarşıda “Neftçi”ni ardıcıl 4 ev oyunu gözləyir...
- Hazırda qarşıdakı 4 oyun barədə düşünmürük. Yalnız və yalnız hər növbəti matçı düşünürük. Ona görə də indi diqqətimizi “Araz-Naxçıvan”la matça yönəltmişik.
- Həmin görüşdən gözləntiləriniz nədir?
- Qələbə qazanmaq istəyirik. İndi elə vəziyyətdəyik ki, keçmişə yox, yalnız gələcəyə baxmalıyıq. “Araz-Naxçıvan”ı üstələmək şansımız var və bunun üçün əlimizdən gələni etməliyik.
- Baş məşqçi dəyişikliyi “Neftçi”yə nə qazandırıb?
- Son 2 turda oyunumuz yaxşılaşıb. Samir Abasov yaxşı məşqçidir. Komanda olaraq indi daha yaxşı mübarizə aparırıq. Təbii ki, oyun planında çox şeyi dəyişməliyik. Özümüzü, oyunumuzu daha da yaxşılaşdırmalıyıq (futbolxeber.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC