Noyabrın 7-dən 8-dək AFFA tərəfindən Bakıda qapıçılar üzrə məşqçilər üçün UEFA-nın B və A kateqoriyalı məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək.
Presssport.az xəbər verir ki, bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb.
Kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. Lisenziya və diplomun surəti
Kursda iştirak üçün ödənişin məbləği:
- B lisenziya üçün 300 manat
- A lisenziya üçün 500 manat
Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.
Əlaqələndirici şəxs: Anar Şıxəliyev
Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 1268
E-mail: anar.shikhaliyev@affa.az
Həftənin I-V günləri saat 9:00-dan 18:00-dək müraciət etmək olar.
Sənədlər noyabrın 5-dək qəbul olunacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC