Portuqaliyalı futbol agenti Paulu Barboza rusiyalı mütəxəssis Sergey Yuranın "Sportinq"i çalışdırmağa hazır olduğunu söyləməsinə münasibət bildirib.
Pressssport.az xəbər verir ki, Barbozanın fikrincə, Yuranın fəaliyyətini Portuqaliyada izləyirlər: "Üstəlik, o, portuqal dilini də bilir. Yuran burda oynayıb, çempion olub. Onu Portuqaliyada hamı tanıyır. Fikrimcə, Ruben Amorim "Mançester Yunayted"ə getsə, onun yerinə namizədlərdən biri də məhz Yuran olacaq. Amarim özü "Sportinq"in "sükanı arxası"na keçənə qədər bir neçə ay "Braqa"da işləyib. Yəni, böyük elita təcrübəsi toplamadan "Sportinq"i çalışdırmağa başlayıb".
Barboza hesab edir ki, 55 yaşlı Yuran da Lissabon klubunda hər hansı problem yaşamayacaq: "Sportinq" rəhbərliyi ona şans verə bilər".
Amorimin MY-dən qovulan niderlandlı baş məşqçi Erik ten Haqın yerini tutacağı gözlənilir. "Sportinq" ingilislərin bu gedişə görə kluba 10 milyon avro təzminat ödəməyə hazır olduqlarını təsdiqləyib.
Xatırlaa ki, Yuran vaxtilə Azərbaycanda işləyərək Zaqatalanın “Simurq” klubunun baş məşqçisi olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC