Marko Yankoviç “Qarabağ”ın heyətində 100-cü oyununu keçirməsinə münasibət bildirib.
Presssport.az xəbər verir ki, 29 yaşlı monteneqrolu yarımmüdafiəçi şəxsi "Instagram" hesabında bunları yazıb: “Gələcək üçün çox həyəcanlıyam. Bu, zirvələr, çətinliklər və unudulmaz anlarla dolu inanılmaz səyahətdi. Ən böyük dəstəkçim olan ailəmə və dostlarıma təşəkkür edirəm. Komanda yoldaşlarım, məşqçilərim, klubda işləyən, daha əvvəl burada çalışmış insanlar və azarkeşlər məni daha yaxşı olmağa sövq etdi. Dəstəyiniz üçün minnətdaram. Artıq daha çox məqsədə, qələbəyə, yeni çağırışlara, titullara və inanılmaz anlara köklənəcəyik”.
Xatırladaq ki, “Şamaxı”ya 3:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XI turunun matçı Yankoviç üçün əlamətdar olub. O, ağdamlıların heyətində çempionatda 53 (3 qol), ölkə kubokunda 8 (1 qol), avrokuboklarda 39 (3 qol) matça çıxıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC