Mahir Emrelinin Almaniyada 3-cü qolu - bu dəfə Bundesliqa təmsilçisinə

Millimizin futbolçusu Mahir Emreli formasını geyindiyi "Nürnberq"in heyətində 3-cü qolunu vurub.

Presssport.az xəbər verir ki, 27 yaşlı hücumçu Almaniya Kubokunun 1/16 final mərhələsinin "Hoffenhaym"la görüşündə fərqlənib. Əsas heyətdə yer alaraq 82 dəqiqə meydanda olan Mahir 2-ci hissədə əsas Bundesliqa təmsilçisinin qapısına yol tapsa da, mərhələni adlayan "Hoffenhaym" olub. Onun komandası 1:2 uduzub.

Xatırladaq ki, Emreli bunadək II Bundesliqada ardıcıl 2 matçda rəqib qapısına yol tapmışdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC