Portuqaliyanın qadınlardan ibarət milli komandasının baş məşqçisi Fransisko Neto AVRO-2022-nin seçmə mərhələsinin 1-ci mərhələsinin cavab oyununda Azərbaycan yığması üzərində Vizelada qazandıqları qələbəni (4:0) şərh edib.
Pressssport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis millimizlə görüşə çox ciddi yanaşdıqlarını vurğulayıb: "Qadın futbolu hər yerdə sürətlə inkişaf edir. A və B liqalarının komandaları səviyyə baxımından bir-birinə yaxınlaşır. Söhbət 30 komandadan gedir. Qalan 20 ölkə, məsələn, Azərbaycan hələ inkişafın ilkin mərhələsindədir. Matça ciddi yanaşdığımız üçün oyun asan görünə bilərdi”.
Xatırladaq ki, portuqallar Bakıdakı ilk oyunda da böyükhesablı qələbə qazanmışdı - 4:1.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC