“Yaxşı mübarizə apardıq. Azarkeşlərimiz önündə qələbə qazanmağı çox istəyirdik. Çox istəkli idik. Bəlkə də bunun yaratdığı təzyiqə görə sadə epizodlarda bəzən top itkilərinə yol verdik".
Presssport.az xəbər verir ki, bunu “Sabah” basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis “Spirou”ya (Belçika) qarşı keçirdikləri FIBA Avropa Kubokunun oyunundan sonra deyib.
Litvalı mütəxəssisin fikrincə, məğlubiyyətdə heyətdəki itkilər də rol oynayıb: "İki əsas oyunçumuzun – Endər Poladxanlı və DeAndrenin yoxluğu bu oyunda da rotasiya imkanlarımızı məhdudlaşdırdı. Azarkeşlərə sona kimi bizə dəstək olduqlarına görə təşəkkür edirəm”
Xatırladaq ki, “Sabah” – Spirou” qarşılaşması qonaqların 78:68 hesablı qələbəsi ilə başa çatıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC