"Qarabağ"ın Avropa Liqasında 2 səfər matçının “İctimai Televiziya”da (İTV) yayımlanacağının səbəbi açıqlanıb.
Bu barədə Presssport.az-a "CBC Sport"un xəbərlər xidməti və sosial media direktoru Şəmsəddin Abbasov açıqlama verərək Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının ölkə ərazisində eksklüziv yayım hüququnun çalışdığı telekenala məxsus olduğunu xatırladıb:
"Amma oyunların sayının artması, kontentin tam şəkildə futbolsevərlərə çatdırılması baxımından bizə yaxın və dost olan İTV ilə göstərmədiyimiz matçların yayım hüququnu paylaşırıq. Bu anlaşma çərçivəsində "Qarabağ"ın iki səfər qarşılaşması həmin telekanalda təqdim ediləcək. Ancaq onun təşkili, danışıqların aparılması, siqnalın alınması tam şəkildə "CBC Sport"un nəzarətində olan məsələdir. Bu da onunla bağlıdı ki, rəsmi yayımçı bizik".
Xatırladaq ki, "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsində noyabrın 7-də Norveçdə "Budyo Qlimt"lə, yanvarın 31-də isə Yunanıstanda "Olimpiakos"la keçiriləcək matçlarını İTV canlı yayımlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC