Ukraynanın “Metalist” (Xarkov) klubunun yarımmüdafiəçisi Ramik Hacıyev Azərbaycan millisində oynamaqdan imtina etdiyini açıqlayıb.
Presssport.az xəbər verir ki, bu ölkənin mətbuatına danışan gənc futbolçu tarixi Vətənindən ona maraq olduğunu gizlətməyib: "Azərbaycan millisinin skautları mənə zəng edərək komandada görmək istədiklərini dedilər. Bu ölkənin futbol federasiyası özü müraciət etməmişdi. Bildirdilər ki, pasport almaq problem olmayacaq, əsas öz razılığımdı Mənsə mtina etdim. Hazırda bu, son qərarımdı. Çünki Ukrayna millisində oynamaq istəyirəm”.
Onu da bildirək ki, Hacıyev indiyə qədər Ukraynanın U-19 yığmasında 7 oyun keçirib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC