Milli Komandaların Təlim-Məşq Mərkəzində Premyer Liqa hakimləri üçün seminar keçirilib.
Presssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, seminarda AFFA-nın Hakimlər Komitəsinin sədri Frank De Blekere və VAR üzrə mütəxəssis Kristof Dierik iştirak edib.
Sessiyanın bir hissəsi meydanda, bir hissəsi isə iclas zalında baş tutub. Praktiki dərsin ardından Misli Premyer Liqasında 11-ci turun oyunlarının detallı analizi aparılıb. Dierik VAR-la bağlı təlimatlar verib.
Daha sonra hakim-inspektorlarla iclas keçirilib, hakim idarəçiliyinin qiymətləndirilməsi haqqında təlimatlar verilib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC