“Lion” Avropa Liqasın Liqa mərhələsinin V turunda "Qarabağ"la Bakıda keçirəcəyi oyuna görə Liqa 1-də XIII turun "Nitsa" ilə matçının təxirə salınmasını istəyib.
Presssport.az xəbər verir ki, klub bununla bağlı Fransa Peşəkar Futbol Liqasına müraciət edib.
"Lion"un nümayəndələri 7 saatlıq uçuşu və 4600 km yol qət edəcəklərini əsas gətirərək, çempionatdakı oyunun başqa tarixə dəyişdirilməsini istəyib. O da bildirilir ki, klubun müraciəti hələlik rədd olunub.
Xatırladaq ki, "Qarabağ" - "Lion" qarşılaşmasının noyabrın 28-də, "Lion" - "Nitsa" matçı isə dekabrın 1-də keçirilməsi nəzərdə tutulub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC