“Turan Tovuz” Misli Premyer Liqasının XII turunda “Qarabağ"la ev matçına ciddi itkilərlə çıxıb.
Presssport.az-ın Tovuza ezam olunmuş əməkdaşı xəbər ki, komandanın birdən-birə 2 mərkəz müdafiəçisi sıradan çıxıb.
Bunlar legionerlər - panamalı Roderik Millerlə iranlı Araş Qaderidi.
Onların zədələri ciddi olmasa da, liderlə turun mərkəzi matçında tovuzlulara kömək edə bilmirlər.
Belə olan halda, baş məşqçi Kurban Berdiyev digər əcnəbi - moldovalı Denis Marandiçini müdafiənin sol cinahından mərkəzə çəkib, onun mövqeyində isə İsmayıl Zülfüqarlını oynadır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC