Qurban Qurbanov "Turan Tovuz"un onlara xoş olmayan oyin stilindən danışıb: "Məğlub olsaydıq da, oyuna yanaşmadan razı qalacaqdım"

“Hər iki komandanın futbolçularına təşəkkür edirəm. Mübarizəli, dinamik matç oynadılar. Möhtəşəm ab-hava var idi. Çox istərdik ki, 3 xal qazanaq. Amma 1 xal da pis nəticə deyil, xalımızın üzərinə xal əlavə olundu”.

Presssport.az verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XII turunun "Turan Tovuz"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, ardından jurnalistlərin suallarını cavablandırıb.

- Qarşıdakı matçınız "Bodo-Qlimt"lə olacaq. Onlar da süni ot örtüyündə oynayır. "Turan Tovuz"la görüş bu mənada yaxşı oldu?

- Hardasa belə düşünmək olar. Meydança amili də təbii ki, önəmlidir. Bizim üçün çox yaxşı oldu. Futbolçuların hazırlıq səviyyəsi də düzəlir.

- Azərbaycan Premyer Liqasında hər oyun bu cür keçərsə, sizə faydalı olar?

- Tək özümüzü düşünmürük. Hər komanda üçün faydalı olar. Əfsuslar olsun ki, bəzi oyunlarda temp çox aşağı olur. Bəzi nüansları qeyd etmək mümkündür. Bu gün belə mübarizə gözlənilirdi. Temp demək olar ki, aşağı düşmədi. Bütün oyunlar bu saatda olsa, belə temp olar. Rəqibin bizə xoş olmayan oyun stili var. Çox tez hücuma keçirlər. Bunun üzərində çox işləməklə inkişaf etdirirlər. Bir-birini gözüyumulu başa düşürlər. Standart vəziyyətlərdə çox təhlükəlidirlər. Amma futbolçularım bacardılar. Qapıçımız da çox diqqətli idi. Məğlub olsaydıq da, oyuna yanaşmadan razı qalacaqdım.

- Kurban Berdiyev kimi məşqçinin burada olması, sizinlə rəqabətinin futbolumuza təsiri necədir?

- Rəqabət aparmağım düzgün çıxmaz. O, təcrübə baxımından məndən qabaqdadır. Belə insanların Azərbaycanda olması əlbəttə ki, faydalıdır. Onun burada olmasına ancaq pozitiv baxıram.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC