"Desəydik ki, "Qarabağ"la heç-heçədən razı deyiləm, düz olmazdı" - Berdıyev

"Azarkeşlərimiz üçün yaxşı oyun keçdi, yaxşı oyun oldu. Ümumən oyundan razı qaldıq. Amma səhvlərimiz də var idi".

Presssport.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının XII turunun "Qarabağ"la (0:0) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, ardından jurnalistlərin suallarını cavablandırıb.

- Qələbə qazana bilməməyinizdə "Qarabağ"ın qapıçısının yaxşı oyununun nə qədər təsiri oldu?

- Qapıçı onsuz da yaxşı oynamalıdı. O, öz işini gördü.

- Rəqibin "Qarabağ" olması oyun planında sizi nəyisə dəyişməyinizə məcbur etdi?

- Təxminən plan həmişəki kimi idi. Amma təbii ki, onların ümumən ustalıqlarını, fərdi ustalıqlarını da nəzərə almışdıq.

- Sirr deyilsə, plan nədən ibarət idi?

- Rəqib futbolçuların fərdi keyfiyyətlərini əsas götürdük. Birəbir oynamaq xüsusiyyətlərinə diqqət edirdik. Əsas plan bundan ibarət idi.

- Liderlə heç-heçə sizi razı salır?

- Desəydik ki, razı deyiləm, düz olmazdı. Ümumi oyundan razı qaldım.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC