Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan Azərbaycan Kubokunda qadınların mübarizəsində finalçılar bəlli olub.
Presssport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan ilk matçda “Gəncə” “Milli Aviasiya Akademiyası”nı 3:1 hesabı məğlub edərək həlledici oyuna vəsiqə qazanıb.
Günün 2-ci görüşündə isə "Abşeron" “Azərreyl”ə eyni hesabla qalib gələrək adını finala yazdırıb.
Onu da bildirək ki, "Gəncə" və “Abşeron” arasındakı final matçı noyabrın 4-də keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC