"Azərbaycan yığması kimi keyfiyyətli rəqibi 3 gündə 2 dəfə məğlub etmək çətindi"

Monteneqronun U-18 yığmasının baş məşqçisi Qoran Perişiç Podqoritsada Azərbaycana qarşı 2-ci yoldaşlıq görüşündəki məğlubiyyəti (1:2) şərh edib.

Presssport.az xəbər verir ki, monteneqrolu mütəxəssisin fikrincə, keyfiyyətli rəqibi 3 gündə 2 dəfə məğlub etmək çətindi: "Xüsusən də çoxlu səhvlər edirsənsə... Üstəlik, ilk qarşılaşma ilə müqayisədə bu görüşdə çoxlu dəyişiklik baş verdi, meydanda daha az oynayan futbolçulara şans vermişdik. Bu, gələn il üçün komandanın qurulması prosesimizin başlanğıcıdır. Aydındır ki, bir çoxları komandada yer almaq istəyirlərsə, daha çox və daha ciddi işləməli olacaq".

Xatırladaq ki, ilk görüşdə Azərbaycan yığması rəqiibnə 0:2 uduzmuşdu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC