"Kəpəz-2" təhlükəsizlik nümayəndəsi olmadığına görə cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

Presssport.az xəbər verir ki, qurum Əvəzedicilər liqasında XXI turla bağlı aşağıdakı qərarlar çıxarıb:

04.02.2024-cü il tarixində Əvəzedicilər liqasının XXI turunun “Səbail-2” – “Qarabağ-2” oyununda “Səbail-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilir (maddə 37);

04.02.2024-cü il tarixində Əvəzedicilər liqasının XXI turunun “Səbail-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ-2” komandası 70 manat cərimə edilir (maddə 37);

05.02.2024-cü il tarixində Əvəzedicilər liqasının XXI turunun “Qəbələ-2” – “Zirə-2” oyununun 54-cü dəqiqəsində “Qəbələ-2” komandasının 25 nömrəli futbolçusu İbrahim Ramazanov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qəbələ-2” komandası 80 manat cərimə edilir (maddə 41);

05.02.2024-cü il tarixində Əvəzedicilər liqasının XXI turunun “Qəbələ-2” – “Zirə-2” oyununun 90+5-ci dəqiqəsində “Qəbələ-2” komandasının 78 nömrəli futbolçusu İlkin Budaqov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Qəbələ-2” komandası 150 manat cərimə edilir (maddə 39.1).

06.02.2024-cü il tarixində Əvəzedicilər liqasının XXI turunun “Kəpəz-2” – “Araz-Naxçıvan-2” oyunu təhlükəsizlik nümayəndəsi olmadığına görə 5 dəqiqə gec başladığı üçün “Kəpəz-2” komandası 100 manat cərimə edilir (maddə 72.4).


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC