"Şeydayevə Azərbaycan vətəndaşlığını qəbul etmək üçün 500 min dollardan 1 milyona qədər pul təklif olunub"

“Zenit-2”də Ramil Şeydayevin baş məşqçisi olmuş Vladislav Radimov futbolçu ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Presssport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis Rusiyanın “Sport-Ekspress"ə geniş müsahibəsində Şeydayevlə bağlı sualları da cavablandırıb.

Müsahibənin Şeydayevlə bağlı hissəsini təqdim edirik:

- Nə vaxtsa “Zenit-2”nin hücumçusu Ramil Şeydayevi tərifləmişdiniz. Onun Azərbaycan millisinə getməsinin Rusiya futbolu üçün itki olduğunu bildirmişdiniz. Bəs, indi hardadır həmin Şeydayev?

- Təəssüf ki, alınmadı.

- Niyə?

- Düşünürəm ki, diqqətini pul qazanmağa yönəltməsi onun səhvi idi. Belə başa düşürəm ki, Azərbaycan pasportuna görə ona pul vermişdilər. Qolovinin çıxış etdiyi gənclərdən ibarət komandada Şeydayev “1 nömrə” idi. O, Avropa çempionatının qalibi olub. Öz yaşıdları olan hücumçular arasında ən güclüsü sayılırdı.

- Şeydayev yarım mövsüm Moskva “Dinamo”sunda oynadı. Xüsusi nə iləsə yadda qalmadı. 

- Bəli, Ramil ölkələr dəyişdikdən sonra özünü itirdi. “Trabzonspor”, “Jilina”, “Qarabağ”… Bütün bunlar ona mane oldu.

- Yəqin ki, şayiələr sizə qədər gəlib çatıb: vətəndaşlığı dəyişmək üçün nə qədər təklif edirlər?

- Şayiələrə görə - 500 min dollardan 1 milyona qədər.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC