“Araz-Naxçıvan" bizə çox əziyyət verdi. Oyun haqda da danışmaq çox çətindir. Matçın əvvəlindən üzüntülü idik. Çünki futbolçularımız bir-bir sıradan çıxmışdı. Onsuz da "Sabah"la matçdan sonra məşq üçün çox vaxtımız qalmamışdı. Görüşün əvvəlindən komandanın içində qəmginlik var idi. Məşqlərdə də işləyirdik. Oyunçularımızın bir-bir sıradan çıxması hər şeyi pozdu. Görüləcək işimiz çoxdur. Bu yola çıxmışıq. İnanıram ki, işimizin öhdəsindən gələcəyik. Xüsusi təşəkkürümü azarkeşlərimizə bildirmək istəyirəm. Bizi dəstəklədilər, futbolçularımızla danışdılar. Bu gün üzülürük. Ən azından “Neftçi” olaraq uduzmamaq istəyirdik. Əfsuslar olsun ki, edə bilmədik. Futbolçularımı da anlamağa çalışıram. Yeni baş məşqçi gəlib, çempionatın ortasında yeni informasiyalar verilir, onları qavrayıb, oyunun içində göstərmək onlar üçün çətindir. Zədəlilərlə bağlı da durum yaxşı deyil. Şikayət etməyi xoşlamıram. Durum budur. Futbolçular zədəli yox, sağlam olsaydılar, rotasiyalar etmək mümkün idi. Əlimizdə olan oyunçuların hamısını meydana buraxdıq. Bir az dözmək lazımdır. Özümə və futbolçularıma deyirəm. Çox istəklidirlər. Zədəlilər var, onlar da tez sağalıb qayıtmaq istəyirlər. Bu periodu belə çətin oyunlarla, məğlubiyyətlərlə keçməliyik. Azarkeşlər də ümidlidir. Futbolçularım da çox üzülür. Çalışacağıq ki, vəziyyətdən çıxaq. Komanda kimi futbol göstərək, qalib gələk".
Presssport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının XII turunun "Araz-Naxçıvan"la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, ardından jurnalistlərin suallarını cavablandırıb.
- Komanda birinci qolu buraxdıqdan sonra futbolçular təşvişə düşür. Psixoloji cəhətdən işiniz bitib?
- Psixloji məsələ nəinki qol buraxanda, işimizin bir hissəsidir. “Sabah”, “Səbail”lə oyunları deyirəm. Elə olmamışdı ki, bugünkü vəziyyətlə qarşılaşaq.
Futbol heyəti yazdın, meydana çıxdın oynamaqla deyil. Futbolçularda daim canlarına hopmuş stress, qorxu var ki, uduzarıq, qol buraxarıq, qol vura bilmərik, hökmən udmalıyıq. Təlaş da yəqin, ondan irəli gəlir.
- Hakim idarəçiliyindən razı qaldınız?
- Referidən danışsam, bir yana yıxmaq kimi qələmə verərlər. Şikayət etmək istəmirəm. Amma referi çox pauza verirdi, vaxt uzanırdı. Azarkeşlərimiz tərəfindən də reaksiya verilməyə başlamışdı. Bu bizi coşdurur, narahat edir. Pauzalar çox idi. Amma bu, əsla uduzmağımıza səbəb deyil. Bu qədər pauzalar ola-ola 4 dəqiqə artırılması az idi.
- "Sumqayıt”da olarkən heyət kasadlığından şikayətlənmişdiniz. “Neftçi”dəki hazırkı heyət sizi qane edir, yoxsa qışda oyunçular alacaqsız?
- Bu gün ümumiyyətlə, transfer barədə fikirləşmirik. Çünki əlimizdə olan heyət say olaraq nəinki yetərlidir, hətta artıqdır. Hansı oyunçu gedəcək...Bunlar mediada yayılmağa başlayıb. Amma məsələn, hansısa oyunçunun üzərində durmuşuq ki, artıq bizə lazım deyil...Xeyr, belə bir şey yoxdur. Hamısı bu dövrdə sınaqdan keçməlidir ki, biz də qərara gələk. Heyət keyfiyyət baxımından da bugünkü günə yaxşıdır, say baxımından da yaxşıdır. Bu qədər oyunçumuz olsa da, zədəlilərimiz var. Rafael Quzzo sona qədər dözmədi, Emin Mahmudov zədələndi. Bunlar şikayət deyil. Bizdə qorxu var idi ki, güc olaraq çatdıra bilmərik. Zədəyə görə. Oyundan-oyuna bunları dərd etməyə başlamışıq. Qarşıdakı oyunda Emil Səfərov, Emin Mahmudov olmayacaq. Burada da problemlər olacaq. Nə edək? Bu periodu keçməliyik.
- Komanda sizin istədiyiniz səviyyədə deyil?
- 100 faiz istədiyimiz səviyyədə olmayacaq. Bir-iki oyunla heç nə olmur. Rəqib nə dərəcədə oynamağa imkan verir? İstədiyinizi dərhal meydana qoya bilməzsən. Bu qədər məğlubiyyətlərdən sonra tələskənlik, qol buraxdıqdan sonra reaksiya... Məşqçi dediyi ikinci plana düşür, futbolçunun istəyi ön plana çıxır. Hamısı eyni səviyyyəli futbolçulardır. Zədəlilər var. Digərləri onun öhdəsindən gəlməlidir. Uzun müddət oynamayan oyunçular var. Matçın gedişatında performansında hiss olunur.
- Ramil Şeydayev ən çox tənqid olunan futbolçulardandır. Bir neçə hücumun kəsərini öldürdü. Onunla bağlı düşüncələriniz necədir? Topu itirən kimi motivasiyadan düşür...
- Nəinki Ramil digər futbolçular haqda da 1-2 oyunla, 5-6 məşqlə qərar verə bilmərəm. Bir futbolçu haqda öz fikirlərimi də deyə bilmərəm. Çünki onunla işləməliyəm və ən yaxşısını ondan almalıyıq. Oyunun içində proseslərə gəldikdə, vaxt lazımdır. Siz gördüyünüzü biz də görürük. İnanıram ki, futbolçu özü də görür. Bunları aradan qaldırmaq üçün zaman lazımdır. Oyundan-oyuna həll edəcəyik. Ramil haqda heç də pis fikirdə deyiləm. O, bu komandanın içində bacardığı qədər canını qoyan, özünü “öldürən”, alışıb-yanan futbolçulardandır. Gördüyümü deyirəm. Fərdi olaraq kiminsə üzərində dayanmaq istəmirəm. Vaxtı və yeri də deyil.
- AFFA-nın vitse-prezident Balakişi Qasımov bugünkü müsahibəsində futbolumuzun hazırkı durumda olmasına görə veteran futbolçuları günahlandırıb. Özünüzü günahkar hesab edirsiz?
- Məni yox, məndən yaşlıları deyir. 100 faiz belədi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC