“Kəpəz”in uzun müddət zədəli olan futbolçusu komanda ilə məşqlərə qoşulub

“Kəpəz”in uzun müddət zədəli olan futbolçusu Elmir Tağıyev komanda ilə məşqlərə qoşulub.

Presssport.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, 24 yaşlı yarımmüdafiəçi 10 gün fərdi şəkildə çalışdıqdan sonra kollektivə qatılıb.

Tibb xidmətinin son müayinəsinin ardından ona komanda ilə birgə məşqlərə başlamasına icazə verilib.

Xatırladaq ki, Gəncə klubu sabah Misli Premyer Liqasının XII turunda "Səbail"lə Tovuzda üz-üzə gələcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC