"Araz-Naxçıvan" Misli Premyer Liqasının XII turunda səfərdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəlib.
Presssport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin qələbə topunun müəllifi olan Felipe Santos sosial şəbəkə hesabında paylaşım edib.
Belə ki, braziliyal sol cinah yarımmüdafiəçisi qolların davamının gələcəyini vurğulayıb:
"Komandama bir qolla kömək etdiyim üçün çox şadam. Vacib qələbə qazandıq, hər kəsi təbrik edirəm. Məhsuldar ötürmə üçün Ramon Maçadoya minnətdaram. 6 oyunda 6 qol vurmuşam və düşünürəm ki, ardı gələcək".
Onu da bildirək ki, Santos cari çempionatda bombardirlər yarışında "Sabah"ın nigeriyalı yarımmüdafiəçisi Cesse Sekidika ilə şərikli lider olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC