"Mahir Emrelidən gözləntilər çoxdu" - "Nürnberq"in sabiq baş məşqçisi

Almaniyalı futbol mütəxəssisi Diter Heqqinq II Bundesliqada bu gün keçiriləcək “Hamburq” - “Nürnberq” matçı ilə bağlı fikirlərini açıqlayıb.

Pressssport.az xəbər verir ki, hər 2 komandada baş məşqçi kimi fəaliyyət göstərmiş 60 yaşlı almaniyalı mütəxəssis millimizin hücumçusu Mahir Emrelinin də çıxış etdiyi “Nürnberq”in hazırda yaxşı formada olduğunu söyləyib: “Nürnberq” derbidə “Fyurt” üzərindəki 4:0, “Reqensburq”la matçda isə 8:3 hesablı qələbədən sonra əla formadadır. Bundan başqa komandanın hücum triosu - Cülian Yuştvan, Mahir Emreli və Stefanos Tsimasdan gözləntilər çoxdur. Bu üçlüyü nəzarətə götürmək çətin olacaq”.

O, həmkarı Miroslav Klozenin mövsümün əvvəlinə uğursuz başlayan “Nürnberq”də yaxşı işlər gördüyünü də deyib: “Heç şübhəsiz, Miro doğru nəticələr çıxardı. Komandaya təzyiq çox olanda o, geri çəkilmədi. Bu, mənə xoş gəldi”.

XI turun “Hamburq” - “Nürnberq” matçı bu gün Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. 10 oyundan 18 xalı olan “Hamburq” 5-ci, 16 xala malik “Nürnberq” isə 8-ci yeri tutur.

Xatırladaq ki, Mahir II Bundesliqada son 2 oyunun hər birində 1 qol vurub. O, daha 1 dəfə isə Almaniya kubokunun matçında fərqlənib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC