"Kəpəz"in əcnəbi kapitanı azərbaycanlı hakimlərlə bağlı "od püskürdü": "Əsla "sınmayacağıq", "Səbail"lə oyunda motivasiyalı olacağıq!"
“Kəpəz” Misli Premyer Liqasının son turunda “Turan Tovuz”la səfər matçında çox yaxşı göstərsə də, meydanı məğlub aydıldı - 1:2. Gəncə klubununun belaruslu kapitanı Yeqor Xvalko Pressssport.az-a müsahibəsində Rauf Allahverdiyevin idarəçiliyindən narazı qaldığı məqamlara toxunub.
- - Cari mövsümdə ən yaxşı oyununu oynadınız, lakin 1 xal belə götürə bilmədiniz…
- - Sizinlə razıyam ki, ən yaxşı oyunumuz alındı. Amma bunun qarşılığında nəticə olmadığına görə məyus olduq. Paltardəyişmə otağında özümüzü gücsüz hiss etdik. Bu da meydanda belə şeylərin baş verməsinə görə idi.
- - Səncə, niyə bunlar oldu?
- - Bilmirəm, bu sualı hakimlərə vermək lazımdı. Fikrimcə, hamı hər şeyi gördü.
- - Səncə, bu, səhvdi, meydan sahibinə simpatiyadı, yoxsa ümumiyyətlə, qərəz?
- - Bu, obyektiv olaraq birbaşa bizə qarşı hakimlikdi. Normal, sağlam düşüncəli insan bunu görəcək. Yaxşı, oyunda 4-5 epizod olur ki, hakim harda nəyisə görmədi. Lakin obyektiv şeylər var axı…
- - Misal üçün…
- - Bizə sarı vərəqə verir, ancaq eyni epizodda “Turan Tovuz”un futbolçusuna yox. Halbuki, olsaydı, bu, onun üçün 2-ci sarı və deməli, qırmızı vərəqə alaraq meydandan çıxarılması demək idi. Bunun niyə olmadığını baş hakimdən soruşanda, deyir ki, orda “sarı"lıq qayda pozuntusu yox idi. Sadəcə, deyirəm ki, oyunun icmalına baxmaq lazımdı, orda hər şey görünür. Bəli, bizə vurulan qolları, penaltini demirik. Hərçənd, bizə vurulan ilk qolda insanın topa əllə toxunaraq hərəkət etməsi görünür. Yaxşı, əmin deyilsən, get, VAR-a bax, orda kim oturub, bilmirəm…Belə hakimlik etmək olmaz!
- - Vurduğunuz qolda penaltini gec verdilər. Bu epizoda sonradan da diqqət yetiriləcəyini gözləyirdiniz?
- - Başa düşürsünüz, insan elə bir həmin epiozdda penalti nöqtəsini göstərmək istəmirdi - vaxt uzadırdı, gözləyirdi…Bizim qapıya olan epiozdda isə əmin idi - anı gözləyirdi, dərhal da fitini səsləndirdi. Yaxşı, bu, doğru qərar idi, başqa söhbət yoxdu. Amma ilk qolla bağlı var axı. İnsan topu əliylə qabağına ataraq qol vurur. Bu zaman hansı başqa söhbət ola bilər? Biz futbolçularıq, meydanda işimizi görürük, həftəlik tsikl keçirik, yüklənmə alırıq. Əziyyət çəkirik və həfətəsonu belə şeylərlə qarşılaşırıq. Buna dəyir məgər? Klubumuzda nə qədər adam çalışır, hamı çox iş görür, həftəsonu Tovuza gəlib ən yaxşı oyunumuzu oynayırıq və yekunda belə…"Turan Tovuz" haqda heç bir şey demirəm, onlar da öz oyununu oynadı. Özüümzdən danışırıq ki, bu qədər iş gördük bu oyunda, yaxşı futbol göstərdik və bunun qarşılığında hər şeyin üstündən xətt çəkdilər.
- - Səncə, “Kəpəz”in sonuncu pillədə getməsinə görədirmi ki, hakimlər ona yox, yuxarıda gedən komandalar tərəfkeşlik edirlər?
- - “Qarabağ”la da matçda əleyhimizə olan qərar vardı. Yaxşı, bu komanda onsuz da bizə 5 qol vurdu. Amma belə bərabər oyunda başqa şeydi. Hətta qalib gəldiyimiz “Neftçi”ylə görüşdə bu qədər qol vəziyyəti yaratmamışdıq. Dediyim kimi, obyektiv yaxşı oynadıq. Bilmirəm, niyə belə hakimlər edirlər bizə qarşı. Çətin ki, onlara göstəriş verirlər ki, “Kəpəz”i vurun. Yəqin, insanların başqa komandalara simpatiyaları var.
- - Bəlkə hakimlik səviyyəsi aşağıdı?
- - Bunu demək mən tərəfdən obyektiv olmazdı. Hər halda, hakim deyiləm. İstənilən halda, bütün epizodları incələyə bilmirəm. Bunu hakimlər daha yaxşı bilir. Həm də yaxşı çıxmazdı hakimlərin səviyyəsini aşağılamaq. Bütün insanların diqqətini çəkdiyi şeylərdən danışıram.
- - “Səbail”dən qarşıdan gələn çox vacib oyuna toparlana biləcəksiniz? İlk növbədə psixoloji planda, yəni “sınmayacaqsınız”?
- - Əsla, əksinə, motivasiyalı olacağıq!
- - “Kəpəz” az büdcəli klubdu və burda legionerlər uzun müddət qala bilmir. Maraqlıdı, səni Gəncə klubuna bağlayandı?
- - Burda olmaq sadəcə, xoşuma gəlir (gülür).