Əliyar Ağayev Çempionlar Liqasına təyinat alıb

FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Presssport.az,AFFA-ya istinadən xəbər verir ki, Ağayev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Bolonya” (İtaliya) – “Monako” (Fransa) oyununun baş hakimi olacaq. Ona yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Matçın VAR hakimləri Almaniyadan Paskal Müller və Kristian Dingert olacaq.

Noyabrın 5-də Bolonya şəhərində yerləşən “Renato Dall-Ara” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC