"Norveç səfəri ərəfəsində Tovuzda süni meydançada oynamaq yerinə düşdü" - Bəhlul Mustafazadə

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Misli Premyer Liqasının XII turunun "Turan-Tovuz"la (0:0) səfər oyununu şərh edib.

Presssport.az xəbər verir ki, Ağdam klubunun müdafiəçis komandasının Tovuzdakı nəticəsi ilə yanaşı, Avropa Liqasının Liqa mərhələsinin IV turunda qarşılaşacaqları "Bodo-Qlimt" görüşü haqda fikirlərini söyləyib: 

"Düşünürəm ki, "Turan Tovuz"la matç azarkeşlər üçün maraqlı oldu. Stadionda yaxşı ab-hava var idi. Çətin və bərabər səviyyəli oyun alındı. "Turan-Tovuz" bizim üçün əlverişsiz rəqibdir. Onlar kompakt şəkildə müdafiə olunur. Süni örtüklü meydançada müdafiələrini keçmək çox çətindi. Bu, təkcə bizim deyil, digər komandalar üçün də çətindir. Norveç səfəri ərəfəsində Tovuzda süni meydançada oynamaq yerinə düşdü. Qarşıda bizi “Bodo-Qlimt”lə görüş gözləyir. Həmin matçda qalib gəlmək istəyirik".

Xatırladaq ki, "Bodo-Qlimt" - "Qarabağ" matçı noyabrın 7-də baş tutacaq və görüşə Bakı vaxtı ilə 21:45-də start veriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC