"Səbail" Misli Premyer Liqasının XII turunda səfərdə "Kəpəz"ə 0:1 hesabı ilə uduzub.
Presssport.az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev matçdan sonra istefa verib.
58 yaşlı mütəxəssis qərarını mətbuat konfransında açıqlayıb: "Oyun haqda danışmalı bir şey yoxdur. Rəhbərliklə görüşdüm və öz xahişimlə istefa verdim. Nəyisə dəyişmək istədim. Amma bundan sonra dəyişiklik üçün özümdə güc görmürəm. Futbolçulara təşəkkür edirəm. Bütün oyunlarda vuruşdular. Bu, futboldur, hər şey olur".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC