"Kəpəz" Misli Premyer Liqasının XII turunda öz meydanında "Səbail"i 1:0 hesabı ilə məğlub edib.
Presssport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq öncə qarşılaşma haqda fikirlərini bölüşüb.
- Son oyunlarda komandamızda ruh yüksəkliyi yaranmışdı. Bu gün uşaqlar sona qədər mübarizə apardı. Meydana sonradan daxil olanlar özlərini yaxşı göstərdi və onlardan biri Famil Cəfərov qələbə topuna imza atdı. Oyundan-oyuna daha yaxşı olacağıq.
- Son dəqiqə qoluyıəla qazanılan qələbə komandaya gələcək oyunlarda əlavə motivasiya verəcək?
- Ötən matçda son dəqiqələrdə qol buraxdıq, bu gün isə son dəqiqədə qol vurduq. Sona qədər qol vurmaq istədiyimiz yaxşı motivasiyadı. İkinci hissədə daha yaxşı idik. İlk yarıda küləyə qarşı oynayırdıq ki, bu da təsirini göstərdi. İstənilən halda, layiqli qələbə qazandıq. Bəzən zəif oynamaqla xal qazanmaq olur.
- Orxan Əliyevin bu gün oyunu alınmadı və əvəzlənərkən də narazı idi…
- İlk dəqiqələrdə çox top itirdi. Özünü narahat hiss edirdi. Bəzən belə məqamlarda oyunçunu əvəzləməklə ona fayda verirsən. Bu gün "Səbail" də bizə sürpriz etdi. Onların beşli müdafiə ilə oynayacağını gözləmirdik. Amma futbolçularım sonradan buna uyğunlaşdılar.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC